Seabreeze Hotel

Picture of the author
Picture of the author
Picture of the author
Picture of the author

Otel Mayaminin məşhur sahil otellərinin dəbdəbəsini və üslubunu təcəssüm etdirən beş mərtəbəli qar kimi ağ binadır. Birinci sahil zolağında yerləşən şəxsi çimərlik və bol əyləncə sizə tam istirahət etməyə və tətilinizdən xoş təəssürat almağa imkan yaradacaq.

Hər bir otaqda rahat qalmaq üçün bütün şərait var: ortopedik döşəkli iki nəfərlik çarpayı, hamam ləvazimatları və fen ilə təhciz olunmuş dəbdəbəli vanna otağı, kondisioner, minibar və geniş ekranlı televizor. Otaqların panoramalı pəncərələrindən bağçaya, hovuza və ya Xəzər dənizi sahilinə mənzərə açılır.

Qonaqların maksimum rahatlığı üçün burada mənzərəli terrası olan restoran, spa mərkəzi və idman meydançaları var. Aktiv istirahət həvəskarları üçün Sea Breeze Resort-un akvaparkı və çimərliyi də vardir.

Otel həmçinin dənizkənarı gecə klubuna və konsertlərin və illik beynəlxalq musiqi festivalının keçirildiyi Event Hall-a yaxındır. Qonaqlar həmçinin pulsuz şəxsi parkinq və 24/7 otaq xidmətindən faydalanırlar.


Oteldəki otaqlar
|