Park Residences

Picture of the author
Picture of the author
Picture of the author
Picture of the author
Picture of the author

+1

Park Residences şəhərdən qıraqda, dəniz kənarında istirahət üçün ideal yerdir. Kompleks Sea Breeze Resort-un sakit hissəsində yerləşir və 5 Avropa tipli binadan ibarətdir. Minimalist memarlıq, baxımlı yaşıl sahələr və yalnız Park Residences qonaqları üçün nəzərdə tutulmuş iki hovuz, şəhər komfortunu sevənlərə unudulmaz istirahət bəxş edəcək.

Hər bir mənzildə yüksək tavanlar, panoramalı pəncərələr və çoxlu təbii işıq vardir, bu da comfort və rahatlıq atmosferi yaradır. İnteryer ən xırda təfərrüatlarına qədər düşünülmüşdür və geniş vanna otağı, böyük dolablar, soba, plitə və digər zəruri məişət texnikası olan mətbəx dəsti və mebel də daxil olmaqla, xoş bir istirahət üçün lazım olan hər şeylə təchiz edilmişdir.

Uşaqlarla dincəlməyə gələnlər üçün Park Residences ərazisində təhlükəsiz uşaq meydançası var. Apart otelin qonaqlarına təklif olunan “Park Cafe” restoranı isə onların qalmasına xoş əlavə olacaq, çünki burada siz rahat atmosfer, dadlı mətbəx və ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış parlaq interyerdən həzz ala bilərsiniz.


Oteldəki otaqlar
|