Küləklər şəhəri

Bakıya xoş gəlmişsiniz – tarixi və müasirliyi harmonik şəkildə birləşdirən şəhər. Qürurla yüksələn Alov Qüllələrindən (Flame Towers) tutmuş UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş orta əsr İçərişəhərə qədər – gözəl paytaxtımızda hər kəs özünə maraqlı bir şey tapa bilər.

28 metr dəniz səviyyəsindən aşağıda yerləşən Bakı, dünyanın ən aşağı səviyyədə yerləşən paytaxtıdır.

Bakı, Xəzər dənizi regionunun və Qafqazın ən böyük şəhəridir.

Bakı Küləklər şəhəri kimi tanınır. İki əsas külək var – cənubdan əsən daha isti Gilavar və şimaldan əsən sərin Xəzri.

Bakıda gedə biləcəyiniz marağlı və əyləncəli məkanlar

Bakı – əsl enerji qaynağı, fasiləsiz dəyişən həyat kaleidoskopudur, burada Şərq və Qərb bir-birini taparaq təkrarsız memarlıq ansamblı yaradıblar. Hər hansı bir sahil şəhəri kimi, Bakı da açıq və qonaqpərvərdir. Sizi Xəzər boyunca uzanan Dənizkənarı Bulvarda və İçərişəhərdə gəzintiyə dəvət edirik.

Müqəddəs qara qızılın qədim dəmirçixanasına daxil olun

Bakı nefti, həm qədim dövrlərdə, həm də indi, bir çox ölkənin diqqətini çəkir. Bu kontekstdə təkcə Azərbaycan neft sənayesinin deyil, həm də qlobal neft sənayesinin tarixində mühüm rol oynayan Balaxanı və Bibi-Heybət şəhər məskənlərini qeyd etməmək mümkün deyil.

Özünüzə eksklüziv yaxta tətili bəxş edin.

Suda keçirilən tətilin verdiyi hisslər həqiqətən unudulmaz və həyəcanvericidir. Bunu yalnız bir yaxta icarəyə götürərək və dəniz səyahətinə çıxaraq şəxsi təcrübə ilə təsdiqləmək mümkündür.

Səadət Sarayında sevginin gücünü hiss edin.

Bakının mərkəzi küçələrindən biri ilə gəzərkən maraqlı tarixi olan inanılmaz gözəllikdə bir binaya rast gələ bilərsiniz. Bu, Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində yerləşən, sevginin əsl simvolu olan Səadət Sarayıdır.

YARAT Mərkəzində müasir incəsənətə qərq olun.

Yeni trendləri daim axtaran müasir Azərbaycan rəssamları cəsur əsərləri ilə getdikcə daha çox diqqət çəkirlər. Onların yaratdığı yerli incəsənət səhnəsini YARAT təşkilatının idarə etdiyi məkanlara baş çəkərək araşdırmaq olar.

Dünyanın ən yaxşı stadionlarından birini ziyarət edin.

Müasir Bakının memarlığı heyran etməyə davam edir. Paytaxtın Olimpiya Stadionunu — ölkənin ən qeyri-adi və ən böyük idman obyektini ziyarət edərək bunu özünüz təcrübə edə bilərsiniz.

Bakıda ən yaxşı təkliflər: