Təbii kurortlar və sağlamlıq spa mərkəzləri

Əgər müasir şəhərlərin beton meşələrindən yorulmusunuzsa, Qəbələ gündəlik qaçaqaçdan qaçmaq üçün mükəmməl bir məkandır. Sehrli şam meşələri arasında, sakit Nohur gölünün sahilində yerləşən və sərin dağ şəlalələrinə yaxın olan Qəbələ, sükunət və əmin-amanlıq axtaranlar üçün ideal bir istirahət yeridir.

Sovet dövründə Qəbələ Kutkaşenli adlanırdı. Bu ad, məşhur döyüş generalı və yazıçı İsmail-bəy Kutkaşenliyə görə verilmişdir. O, ilk dəfə 1835-ci ildə Varşavada fransız dilində nəşr olunan "Rəşid bəy və Sədət xanım" adlı müasir sevgi romanının müəllifidir.

Qədim Qəbələ vaxtilə müasir Azərbaycanın əksər ərazisində mövcud olmuş qədim dövlət olan Qafqaz Albaniyasının paytaxtı olub.

Qəbələdə gedə biləcəyiniz marağlı və əylncəli məkanlar

Azərbaycanın təbii kurortlarının mərkəzinə xoş gəlmisiniz! Qışda Qafqaz dağlarının yamaclarında xizək sürə və snoubord edə bilərsiniz, yayda isə ATV sürmə, atıcılıq, ovçuluq, paraplanla uçuş və yürüyüş kimi ekstremal turizm fəaliyyətlərindən həzz ala bilərsiniz. Bir çox otellər mükəmməl üzgüçülük hovuzları və spa xidmətləri təklif edir, və əgər Yengicə kompleksi və ya Chenot Sarayını seçsəniz, isti bulaqlarda çimə, müalicəvi neft vannaları qəbul edə və krioterapiya müalicələrindən keçə bilərsiniz.