ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ № {{CONTRACT_NUMBER}}

Bakı şəh. «__»__________20__

Hazırkı əməkdaşlıq müqaviləsi ("Müqavilə") aşağıdakılar arasında bağlanmışdır:

1) "SEAYA" Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Respublikasında 1806211371 VÖEN nömrəsi ilə qeydiyyatdan keçmiş, hüquqi ünvanı AZ1097, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran – Ləhiş yolu, ev nömrə 32A, 300 metr sağ ("SEAYA"),

2) {{OWNER_SURNAME}} {{OWNER_NAME}} {{OWNER_PATRONYMIC}} ("Əmlak Sahibi"), Şəxsiyyəti təsdiqləyən sənədin nömrəsi: {{OWNER_ID_NUMBER}} {{OWNER_FIN}}

bundan sonra ayrı-ayrılıqda "Tərəf", birlikdə isə "Tərəflər" adlandırılacaqlar.

1. TERMİNLƏR VƏ ANLAYIŞLAR:

1.1. Bronlaşdırma – Əmlakda yaşayışın başlanğıc və bitmə tarixlərini, ödənilmiş pul vəsaitlərinin məbləğini, Əmlakın qısa təsvirini və Qonağın Əmlakda yaşama şərtlərini ehtiva edən elektron sənəd, Qonaq və Əmlak Sahibi tərəfindən təqdim edilən elektron əlaqə vasitələri ilə (elektron poçt, SMS, WhatsApp, Telegram daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq) göndərilir;

1.2. Əmlak Sahibi – Əmlak üzərində sərəncam vermək hüququna malik olan şəxs;

1.3. Qonaq – İstifadə Qaydalarını qəbul edən və Qaydalara uyğun olaraq Platformadan və xidmətlərdən istifadə edən fiziki şəxs, ya da SEAYA ilə ayrıca müqavilə bağlamış Korporativ Müştərinin qonaqları;

1.4. Əlavə Xidmətlər – Əlavə Xidmət Təminatçılarının göstərdiyi xidmətlər;

1.5. Əmlak – Əmlak Sahiblərinə məxsus olan Azərbaycan Respublikası dövlət daşınmaz əmlak reyestrində qeydiyyatdan keçmiş daşınmaz yaşayış və istirahət əmlakı;

1.6. SEAYA Komissiyası – SEAYA-nın göstərdiyi Xidmətlərin müqabilində aldığı və Müqavilənin 1 nömrəli Əlavəsində müəyyən edilən haqq;

1.7. Korporativ Müştəri – Əmlakda öz qonaqlarının yaşaması hüququnu təmin etmək üçün SEAYA ilə ayrıca müqavilə imzalamış hüquqi şəxs;

1.8. Ümumi qiymət – Qonaq tərəfindən ödənilən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə tətbiq edilən bütün vergiləri və dövlət rüsumlarını (şəhər vergisi istisna olmaqla) əhatə edən ümumi məbləğ;

1.9. Elan – Platformada yerləşdirilmiş Əmlakda yaşayışla bağlı məlumat;

1.10. Ödənilmiş Bronlaşdırma - Qonağın Platformada ödəniş təsdiqini vasitəsilə Bronlaşdırmanın dəyərini ödədiyi və Əmlak Sahibinin hesabına, Xidmətlərin göstərilməsindən əvvəl, avans ödəmə qaydasında Yaşayış Haqqı köçürülən Bronlaşdırmadır. Bronlaşdırmanın ödənişi Platforma tərəfindən Əmlak Sahibi ilə Əlavə Razılaşmanın bağlanması yolu ilə təsdiqlənir, bu Razılaşma həm çap, həm də rəqəmsal formada tərtib edilə bilər. Ödənilmiş Bronlaşdırmaya malik Qonağa avtomatik olaraq İstifadə Qaydaları tərəfindən müəyyən edilmiş bronlaşdırmanın ləğv qaydaları tətbiq edilir.

1.11. Əlavə Xidmətlər üçün Haqq – Əmlak Sahibi tərəfindən SEAYA-nın xeyrinə ödənilən və ya Əlavə Xidmətlərdən istifadə zamanı SEAYA tərəfindən tutulan haqq;

1.12. Yaşayış Haqqı – Qonaq tərəfindən Əmlakda yaşamaq üçün Əmlak Sahibinə ödənilən, Müqavilənin 1 nömrəli Əlavəsində müəyyən edilən haqq;

1.13. Platforma – SEAYA-nın veb saytı və ya mobil tətbiqi;

1.14. Əlavə Xidmət Təminatçısı – SEAYA ilə ayrıca müqaviləyə əsasən Əlavə Xidmətləri göstərmək hüququ əldə etmiş şəxs;

1.15. İstifadə Qaydaları – Platformanın istifadəsi ilə bağlı, https://seaya.az/ru/info/terms-of-use saytında yerləşdirilmiş Qaydalar;

1.16. Xidmətlər – Müqavilənin 2.1 maddəsində göstərilən xidmətlər.

2. MÜQAVİLƏNİN PREDMETİ VƏ ÜMUMİ MÜDDƏALAR:

2.1. SEAYA Platforma vasitəsilə, həmçinin digər vasitələrlə Əmlak Sahiblərinə aşağıdakıları təmin edir:

2.1.1. Elan yerləşdirmək və Əmlakın yaşamaq üçün təqdim edilməsi ilə bağlı təkliflər vermək;

2.1.2.Qonaqlara Əmlakı yaşamaq üçün təqdim etmək.

2.2.SEAYA Əmlak Sahibinə Xidmətlər göstərməyin müqabilində SEAYA Komissiyasını alır.

2.3.Əmlak Sahibi, həmçinin Əlavə Xidmətlərdən istifadə edərək, SEAYA-ya Əlavə Xidmətlər üçün Haqq ödəyə bilər.

2.4. SEAYA Əmlakın kirayəyə verilməsi və ya istifadəsi ilə bağlı, əmlak brokeri və ya sığortaçı kimi fəaliyyət göstərmir. Qonaqlar və Əmlak Sahibləri arasında Qonaqlara Əmlakda yaşamaq hüququnun verilməsi ilə bağlı münasibətlər müvafiq müqavilələrlə tənzimlənir və SEAYA bu müqavilələrin tərəfi deyil.

2.5.Əmlak Sahibləri Bronlaşdırma həyata keçirildikdən sonra elektron və ya kağız daşıyıcıda Qonaqlarla birbaşa müqavilə bağlayırlar. Belə müqavilənin şərtləri, Elanda və Bronlaşdırmada əks olunmuş şərtlərə uyğun olmalıdır.

2.6. Elanlar Əmlak haqqında tam və dəqiq məlumatları, Ümumi qiyməti, hər hansı əlavə ödənişləri, ödəniş şərtlərini, həmçinin Qonaqlara və ya Əmlaka münasibətdə tətbiq edilən qayda və tələbləri ehtiva etməlidir. Hər bir Əmlak üçün yalnız bir Elanın yerləşdirilməsinə icazə verilir, lakin Əmlak Sahibi bir ünvanda bir neçə Əmlak variantı təklif edərsə, bir neçə Elan yerləşdirə bilər.

2.7. Müqavilənin 1.5-ci bənddə müəyyən edilmiş Əmlak Sahibin əmlakın yerləşdiyi ünvan: {{POSTCODE}} {{CITY_TITLE}} {{CITY_DISTRICT}} {{BUILDING_NUMBER}} {{ENTRANCE}}, № {{APARTMENT_NUMBER}} və ümumi sahəsi {{AREA}} kv.m olan {{ROOMS_COUNT}} otaqdan ibarətdir. Sahibin Əmlakına dair olan Müqavilənin bütün tələbləri, bu maddədə müəyyən olunan Əmlak üçün tətbiq olunur.

3. ƏMLAK SAHİBİNİN HÜQUQLARI VƏ ÖHDƏLİKLƏRİ:

3.1. Əmlak Sahibi, SEAYA-nın müvafiq yazılı sorğusu daxil olduğunda, SEAYA-ya Əmlak Sahibinin şəxsiyyətini və Əmlak üzərində sərəncam hüququnu təsdiq edən sənədlərin skan-kopiyalarını, həmçinin orijinallarını təqdim etməyi öhdəsinə götürür. Bu sənədlərə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:

3.1.1. Əmlak Sahibi fiziki şəxs və vergi ödəyicisi kimi qeydiyyatdan keçməyibsə – Əmlak Sahibinin şəxsiyyətini təsdiq edən sənəd;

3.1.2. Əmlak Sahibi fərdi sahibkar kimi qeydiyyatdan keçibsə – vergi ödəyicisi kimi qeydiyyatı təsdiq edən sənəd;

3.1.3. Əmlak Sahibi hüquqi şəxsdirsə – VÖEN, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, nizamnamə, qanuni nümayəndənin şəxsiyyət vəsiqəsi;

3.1.4. Əgər Əmlak Sahibi səlahiyyətli nümayəndə tərəfindən təmsil olunursa – nümayəndə adına notarial təsdiqli etibarnamənin əsli və nümayəndənin şəxsiyyət vəsiqəsi;

3.1.5. Əmlak üzərində Əmlak Sahibinin sərəncam hüququnu təsdiq edən sənəd;

3.1.6. Sosial ödənişlər, pensiya ayırmaları və əmək haqqı hesabına bağlı olmayan, kredit xətti ilə əlaqələndirilməyən tam, etibarlı və aktual bank rekvizitləri;

3.1.7. SEAYA-nın tələbi ilə Əmlak və Əmlakla əlaqəli məlumatlar, şəkillər və videolar;

3.1.8. SEAYA-nın tələbi ilə digər sənədlər və məlumatlar.

3.2. Əmlak Sahibi, 1 nömrəli Əlavədə müəyyən edilmiş qaydada Yaşayış Haqqı çıxıldıqdan sonra, Ümumi qiymətdən qalan məbləği SEAYA-ya ödəməyi, həmçinin tətbiq olunan qanunvericiliyə uyğun olaraq vergiləri, rüsumları və digər müəyyən edilmiş ödənişləri ödəməyi öhdəsinə götürür (bura Əmlak Sahibinə Əmlakın yaşayış üçün təqdim edilməsi ilə əlaqədar tətbiq olunan gəlir vergisi (və ya ödəmə mənbəyindən tutulan vergi) daxil deyil). SEAYA müvafiq məbləği müstəqil olaraq və ya Ümumi qiyməti qəbul edən və bölgüsünü həyata keçirən üçüncü tərəflər vasitəsilə tutmaq hüququna malikdir.

3.3. Əmlak Sahibi, Əmlakı Qonağa tamamilə yararlı, səliqəli və təmizlənmiş şəkildə təqdim etmək öhdəliyini qəbul edir. Əgər Əmlak, onun Qonağa təqdim edilməsindən 2 saat əvvəl təmizlik standartlarına uyğun olmazsa, Əmlak Sahibi 1 saat ərzində Əmlakı göstərilən standartlara uyğunlaşdırır.

Əgər Əmlak Sahibi bu maddədə göstərilən öhdəliyi yerinə yetirmirsə, o, SEAYA-nın və ya Əlavə Xidmət Təminatçılarının (Əlavə Xidmət kimi) təmizlik işlərini həyata keçirməsinə razılıq verir və SEAYA-ya Əlavə Xidmətlər üçün Haqqı ödəməyi öhdəsinə götürür. Əmlak Sahibi, həmçinin, SEAYA-nın Əmlak Sahibinə aid olan məbləğdən və ya gələcək ödənişlərdən Əlavə Xidmətlər üçün Haqqı tutmağına razılıq verir.

3.4. Əgər Əmlak Sahibi Əmlakı layiqincə təqdim etməyibsə və Əlavə Xidmət Təminatçılarının Qonağın yerləşdirilməsindən əvvəl Əmlakın çatışmazlıqlarını aradan qaldırmaq imkanı yoxdursa, Əmlak Sahibi, SEAYA-nın tələbi ilə, Əmlakın çatışmazlıqları üçün və ya Qonağın başqa Əmlakda yerləşdirilməsi üçün (İstifadə Qaydalarına uyğun olaraq) məbləği SEAYA tərəfindən müəyyən edilən kompensasiyanı ödəməyi qəbul edir. Əmlak Sahibi, SEAYA-nın kompensasiya məbləğini Əmlak Sahibinin virtual pul hesabından akseptsiz şəkildə tutmağına razılıq verir. Əgər virtual pul hesabında kompensasiya məbləğini ödəmək üçün kifayət qədər vəsait yoxdursa, Əmlak Sahibi, SEAYA-nın müvafiq məbləği gələcək ödənişlərdən tutmağına razılıq verir.

3.5. Əmlak Sahibi, Qonaq Əmlakın təmizliyindən əsaslı olaraq narazı qaldığı halda, SEAYA tərəfindən (və ya Əlavə Xidmət Təminatçıları tərəfindən) təmizlik işlərinin həyata keçirilməsinə razılığını ifadə edir və Əlavə xidmətlər üçün Haqqın SEAYA-ya ödənilməsini öhdəsinə götürür. Əmlak Sahibi, həmçinin, Əmlak Sahibinə aid məbləğdən və ya SEAYA-nın müəyyənləşdirdiyi digər ödənişlərdən Əlavə xidmətlər üçün Haqqın tutulmasına razılıq verir.

3.6. Əmlak Sahibi, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Müqavilə ilə əlaqədar açıqlanan və kommersiya sirri hesab edilən məlumatların məxfiliyinin qorunmasını təmin edir. Məxfiliyin qorunması Azərbaycan Respublikasının "Kommersiya sirri haqqında" Qanununa uyğun olaraq təmin edilir.

3.7. Əmlak Sahibi, Qonaqdan şəhər vergisini (əgər tətbiq olunursa) alır və onu dövlət büdcəsinə ödəyir.

3.8. Əmlak Sahibi, Əmlak üçün kommunal xidmətlərin fasiləsizliyinin qorunması, həmçinin mühəndis kommunikasiyaları, o cümlədən telekommunikasiya əlaqələrinin təminatı və təşkili işlərini həyata keçirir.

3.9. Əmlak Sahibi, Azərbaycan Respublikasının istehlakçı hüquqları ilə bağlı qanunvericiliyinin tələblərinə riayət etməyi və Platformadan istifadə etməklə həyata keçirilən fəaliyyətlə bağlı müvafiq qanunvericiliklə müəyyən edilmiş məsuliyyəti daşıyır. Əmlak Sahibi, istehlakçı hüquqlarının pozulması və ya müvafiq qanunvericiliyə uyğunluğun təmin edilməsi ilə bağlı məsələlərə dair Qonaqların, dövlət orqanlarının və təşkilatların və digər şəxslərin tələblərindən SEAYA-nı qorumağı öhdəsinə götürür.

3.10. Əmlak Sahibi, Əmlakın əlçatan olmamasının müddətindən asılı olmayaraq, Platforma vasitəsilə həyata keçirilməmiş müstəqil şəkildə etdiyi bronlaşdırma (və ya vasitəçilərin bronlaşdırması) və ya Əmlakın əlçatan olmamasının hər hansı başqa bir səbəbi haqqında dərhal, amma hər bir halda 24 saatdan gec olmayaraq SEAYA-nı xəbərdar etməyi öhdəsinə götürür.

3.11. Əmlak Sahibi Platformanın və SEAYA-nın iş prinsiplərini anladığını, təsdiqlənmiş SEAYA İstifadə Qaydaları, Məxfilik Siyasəti və Platformada yerləşdirilmiş Kuki Siyasəti ilə tanış olduğunu və göstərilən sənədlərə uyğun olaraq, Əmlak Sahibinə tətbiq edilən şərtləri və tələbləri şartsız qəbul etdiyini bəyan edir.

3.12.Əmlak Sahibi, Əmlakın üçüncü şəxslərin hüquq və iddialarından azad olduğunu, məhkəmə mübahisəsi və ya digər münaqişə obyekti olmadığını, Platforma çərçivəsində yaşayış üçün təqdim edilməsi üçün üçüncü tərəflərin razılığının alınmasının lazım olmadığını bəyan edir və bu maddədə göstərilən bəyanatların həqiqətə uyğun olmaması ilə bağlı SEAYA-nın bütün xərcləri, o cümlədən itirilmiş mənfəətini ödəmək öhdəliyini götürür.

3.13.Əmlak Sahibi, SEAYA tərəfindən tətbiq edilən qiymət siyasəti, qiymətləndirmə qaydaları, bütün endirim, reklam və promo aksiyaları ilə razılaşdığını və Ümumi qiymətin formalaşdırılması siyasətinə müdaxilə etmək hüququndan imtina etdiyini bəyan edir. SEAYA tərəfindən Əmlak Sahibinə Ümumi qiyməti formalaşdırmaq hüququ verildiyi təqdirdə, Əmlak Sahibi SEAYA-nın tövsiyə və məhdudiyyətlərinə əməl etməyi öhdəsinə götürür.

3.14.Əmlak Sahibi, şəhər vergisi (əgər tətbiq olunursa) və SEAYA-nın müvafiq yazılı təlimatları istisna olmaqla, Qonaqlardan heç bir ödəniş tələb etmək hüququna malik deyil.

3.15. Əmlak Sahibi aşağıdakılar üçün məsuliyyət daşıyır:

3.15.1. Bronlaşdırma haqqında məlumat aldıqdan sonra Qonaqla birbaşa müqavilə bağlamaq, və

3.15.2. Bronlaşdırmada göstərilən şərtlərə uyğun olaraq, Əmlakı yaşayış üçün təqdim etmək.

3.16. Əmlak Sahibi, təqdim etdiyi məlumatların və sənədlərin dəqiqliyi və doğruluğu üçün, həmçinin Elandakı məlumatların və məzmunun (məsələn, fotoşəkillər) aktual olmasını təmin etmək üzrə məsuliyyət daşıyır.

3.17. Əmlak Sahibi, cari Müqaviləyə əsasən hesablaşmaların yalnız SEAYA-nın əməkdaşlıq etdiyi banklar, ödəniş sistemləri və ödəniş xidmətləri göstərən təşkilatlar vasitəsilə aparılacağı ilə razı olduğunu bəyan edir.

3.18. Əmlak Sahibi, SEAYA üçün aktual cari poçt ünvanını, elektron poçt ünvanını və mobil telefon nömrəsini təqdim etmək məsuliyyətini daşıyır və həmin ünvanların və nömrənin dəyişdirilməsi halında 5 (beş) iş günü ərzində SEAYA-ya yazılı formada (elektron kommunikasiya vasitələri də daxil olmaqla) xəbərdarlıq etməyi öhdəsinə götürür.

3.19. Əmlak Sahibi, cari poçt ünvanı, elektron poçt ünvanı və mobil telefon nömrəsi və/və ya Əmlak Sahibi tərəfindən, bu Müqaviləyə uyğun olaraq, SEAYA-ya təqdim edilən digər məlumat/sənədlərdə edilən dəyişikliklər barədə SEAYA-ya vaxtında xəbərdarlıq etməməsi və ya xəbərdarlıq etməməsi ilə bağlı bütün mənfi nəticələrin risklərini daşıyır.

3.20. Əmlak Sahibi, cari Müqaviləni bağlamaq və öhdəliklərini yerinə yetirmək üçün bütün hüquq və səlahiyyətlərə malik olduğunu, üçüncü tərəflərlə Müqavilənin şərtləri ilə zidd və ya onun icrasını məhdudlaşdıra və ya maneə törədə biləcək hər hansı əqdlər imzalamadığını bəyan edir.

3.21. Əmlak sahibi, SEAYA tərəfindən verilmiş təlimatlara əsaslanaraq, promo tədbirlər üçün materiallar təqdim etməyi öhdəsinə götürür. Həmçinin, SEAYA-ya Əmlak Sahibinin daşınmaz əmlakında promo materiallarının hazırlanması və həmin Əmlaka və Ümumi Platformaya aid promo tədbirlər və reklamlar üçün foto və video çəkilişlər aparmaq hüququ verir. Bu foto və video materialların hüquqları avtomatik olaraq SEAYA-ya keçir.

3.22. Əmlak sahibi, SEAYA-nın tələbi əsasında, xüsusilə razılaşdırılmış hallarda Yaşayış Haqqı üçün 100%-ə qədər endirimlər (daxil olmaqla) təqdim etməyi öhdəsinə götürür, amma 12 (on iki) ardıcıl ay ərzində 6 (altı) dəfədən (hər dəfə iki gündən çox olmamaq şərti ilə) çox olmamalıdır və hər halda Əmlak Sahibləri ilə yazılı formada razılaşdırılmış şərtlərə uyğun olaraq.

3.23. Əmlak Sahibi, SEAYA-ya ödəniləcək bütün məbləğləri, o cümlədən bütün kompensasiya və zərərin əvəzinin ödənişlərini, SEAYA tərəfindən müvafiq yazılı tələb göndərildiyi tarixdən 10 (on) iş günü ərzində bank hesabına köçürməklə ödəməyi öhdəsinə götürür.

3.24. Əmlak Sahibi, cari Müqaviləyə əsasən SEAYA-nın öhdəliklərindən irəli gələn digər hüquqları həyata keçirir.

4. SEAYA-NIN HÜQUQLARI VƏ ÖHDƏLİKLƏRİ:

4.1. SEAYA Qonaqları Platforma vasitəsilə və ya digər vasitələrlə Elan barədə məlumatlandırmağı təmin edir.

4.2. SEAYA, Qonaqlara Platforma və digər vasitələrlə uyğun Əmlakı müvafiq tarix, yerləşmə və qiymətlə müəyyən edərək, bu Əmlakda yaşamaq və bunun üçün Ümumi qiyməti ödəmək imkanını yaradır.

4.3. SEAYA, Əmlak Sahibinə Elanı potensial Qonaqlara Platforma və ya digər vasitələrlə yerləşdirmək imkanı verir. Zərurət yarandıqda, SEAYA özü müəyyən etdiyi müddət ərzində Əmlakı bron edir və müvafiq müddət üçün Əmlak Sahibinə Yaşayış Haqqını əvvəlcədən ödəyir.

4.4. SEAYA Qonağa və Əmlak Sahibinə Bronlaşdırma təsdiqini göndərir.

4.5. SEAYA, Əmlak Sahibinə Əmlaka münasibətdə göstərilmiş Əlavə Xidmətlər barədə elektron hesabatlar təqdim etməyi öhdəsinə götürür.

4.6. SEAYA, hər ayın sonunda Əmlak Sahibinə Əmlakın Bronlaşdırılması və müvafiq ay ərzində Əmlakda yaşanması barədə elektron hesabat təqdim etməyi öhdəsinə götürür.

4.7. SEAYA Əlavə Xidmət Təminatçılarına Əlavə Xidmətlər üçün Haqqı ödəməyi öhdəsinə götürür.

4.8. SEAYA Ümumi qiyməti müstəqil müəyyən edir və Bronlaşdırmada qeyd edir və ya Əmlak Sahibinə Ümumi qiyməti müəyyən etmək hüququ verir.

4.9. SEAYA, Əmlakın rahatlıq və təmizlik standartlarının kateqoriyalarını və göstəricilərini Qonaqların sayına əsasən birtərəfli qaydada müəyyən edir və bu standartları cari Müqavilənin imzalanmasından sonra Əmlak Sahibinə elektron poçt vasitəsilə təqdim edir.

4.10. SEAYA, Əmlak Sahibinə Əmlakın potensial Qonaqlar üçün cəlbediciliyini artırmaq məqsədilə Əlavə Xidmətlərin alınmasını təklif etmək hüququna malikdir.

4.11. SEAYA, Əmlakı sığortalamaq üçün sığorta şirkətlərini cəlb etmək və Əmlak Sahibinin maraqlı şəxs kimi çıxış edəcəyi sığorta müqavilələrini mzalamaq hüququna malikdir.

4.12. SEAYA Əmlak Sahibinin vergi agenti olaraq çıxış edərək, Əmlakın yaşayışa təqdim edilməsi ilə əlaqədar olaraq Əmlak Sahibinə tətbiq edilən gəlir vergisini (və ya ödəmə mənbəyindən tutulan vergini) ödəmək və Əmlak Sahibinin adından müvafiq vergi bəyannamələrini təqdim etmək hüququna malikdir, Əmlak Sahibi isə bu Müqaviləni imzalamaqla SEAYA-ya bu maddədə qeyd olunmuş səlahiyyətləri verir.

4.13. SEAYA, cari Müqaviləyə əsasən, Əmlak Sahibinin öhdəliklərindən irəli gələn digər hüquqları həyata keçirir.

5. PLATFORMADA ƏMLAKIN REYTİNQİ:

5.1. Platformada Elanların axtarış nəticələrindəki mövqeyi aşağıdakılar daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, bir çox amildən asılıdır:

5.1.1. Qonaqların axtarış parametrləri (məsələn, Qonaqların sayı, yaşayış müddəti və tarixləri, qiymət diapazonu);

5.1.2. Elanın xüsusiyyətləri (məsələn, qiymət, təqvimdə boş tarixlər, fotoşəkillərin sayı və keyfiyyəti, rəylər, Qonaqların rəylərinə əsasən formalaşan Əmlak Sahibinin statusu, Elanın mövcudluğu müddəti, Əmlakın Qonaqlar arasında orta populyarlığı);

5.1.3. Qonaqlar üçün fiziki bronlaşdırma prosesinin rahatlığı;

5.1.4. Qonaqların üstünlük verdiyi məqamlar (məsələn, əvvəlki səyahətlər, yaddaşda saxlanılan Elanlar, axtarış zamanı Qonaqların yerləşməsi).

6. ÖDƏNİŞ, XƏRCLƏR:

6.1. SEAYA, SEAYA-nın Əmlak Sahibinə Ümumi qiyməti müəyyən etməyə birbaşa səlahiyyət verdiyi hallar istisna olmaqla, Qonağın ödəyəcəyi Ümumi qiyməti müstəqil təyin edir.

6.2. SEAYA 1 nömrəli Əlavədə müəyyən edildiyi təqdirdə müvafiq Əlavədə müəyyən edilmiş qaydada Ümumi qiymətin Yaşayış Haqqı çıxıldıqdan sonra qalan hissəsindən Əmlakın yaşayışa təqdim edilməsi ilə əlaqədar olaraq Əmlak Sahibinə tətbiq edilən gəlir vergisini (və ya ödəmə mənbəyindən tutulan vergini) və 3.17-ci maddədə qeyd olunmuş şəxslərə ödənilməli olan məbləğləri ödəyir.

6.3. SEAYA, Qonaqdan Ümumi qiyməti aldıqdan sonra 30 (otuz) iş günü ərzində, 4.3-cü maddədə qeyd olunan qaydada SEAYA tərəfindən Bronlaşdırma həyata keçirilmiş hallar istisna olmaqla, Əmlak Sahibinə Yaşayış Haqqını köçürür. SEAYA tərəfindən Bronlaşdırma həyata keçirilmişsə, SEAYA Bronlaşdırma tarixləri üçün Yaşayış Haqqını əvvəlcədən ödəniş qaydasında Bronlaşdırmanın təsdiqlənməsindən sonra 30 (otuz) iş günü ərzində Əmlak Sahibinə köçürür. Bu maddədə qeyd olunan ödəniş, Əmlak Sahibinin Müqavilədə göstərilmiş bank hesabına nağdsız hesablaşma yolu ilə həyata keçirilir. SEAYA, öz mülahizəsinə əsasən, Yaşayış Haqqını Əmlak Sahibinə əvvəlcədən ödəniş qaydasında, Qonaq tərəfindən Ümumi qiymət ödənilmədən öncə də köçürə bilər.

6.4. Ümumi qiymətdən 6.2 və 6.3-cü maddələrdə göstərilmiş ödənişlər həyata keçirildikdən sonra 1 nömrəli Əlavədə SEAYA Komissiyası olaraq müəyyən edilmiş və SEAYA-da saxlanılan məbləğ SEAYA Komissiyası hesab olunur.

6.5. SEAYA, həmçinin, öz mülahizəsinə əsasən, Yaşayış Haqqından və ya növbəti ödənişlərdən Əlavə Xidmətlər üçün Haqqı tutur və ya əvəzləşdirir.

6.6. Əmlak Sahibi, tətbiq olunan qanunvericiliyə uyğun olaraq, Yaşayış Haqqına aid vergiləri, rüsumları, kommunal xidmətlər və mühəndis kommunikasiyaları, o cümlədən telekommunikasiya əlaqələri xidmətlərinin dəyərini və digər zəruri ödənişləri ödəməyi öhdəsinə götürür (Əmlakın yaşayışa təqdim edilməsi ilə əlaqədar Əmlak Sahibinə tətbiq edilən gəlir vergisi (və ya ödəmə mənbəyindən tutulan vergi) istisna olmaqla).

7. MƏXFİLİK VƏ ŞƏXSİ MƏLUMATLARLA İŞ:

7.1. Əmlak Sahibi, özü tərəfindən təqdim edilmiş fərdi məlumatların (ad, soyad, yaş, elektron poçt ünvanı, şəxsiyyət vəsiqəsi və ya pasport nömrələri, mobil nömrələr, telefon əlaqəsi nömrələri və s., o cümlədən müvafiq işçilərin məlumatları daxil olmaqla) və Bronlaşdırma və Elanlar, ödəniş məlumatları barədə məlumatların akademik və statistik tədqiqatlar, Əmlak Sahiblərinə və Qonaqlara xidmətlərin təkmilləşdirilməsi, üstünlük verilən xidmətlərin müəyyənləşdirilməsi, müxtəlif marketinq və sosial sorğuların aparılması, marketinq kampaniyaları və ya satış kampaniyalarının həyata keçirilməsi, hədəfli reklam materiallarının hazırlanması məqsədilə SEAYA tərəfindən toplanılmasına və işlənməsinə razılıq verir. Bundan əlavə, Əmlak Sahibi, məlumatların Azərbaycan Respublikasının "Fərdi məlumatlar haqqında" Qanunun tələblərinə uyğun olaraq yuxarıda qeyd olunan məqsədlərlə üçüncü tərəflərə ötürülməsinə, o cümlədən transsərhəd ötürülməsinə razılıq verir.

7.2. SEAYA, 7.1-ci maddədə göstərilən məlumatlar və Əmlak Sahibləri tərəfindən elektron poçtlarda, fakslarda və SEAYA-ya göndərilən məktublarda istifadə olunan parolların məxfiliyini qorumaq üçün ağlabatan texniki tədbirlər görür. Bununla birlikdə, bu məlumatlar kiber hücumlar və digər qeyri-qanuni yollarla üçüncü tərəflər tərəfindən ələ keçirilərsə və ya oğurlanarsa, SEAYA məsuliyyət daşımır. Hər bir halda, belə bir ələ keçirilmə və ya oğurlanma nəticəsində SEAYA Əmlak Sahibinin əldən çıxmış faydasına görə məsuliyyət daşımır.

7.3. Əmlak Sahibi, bu Müqavilə ilə əlaqədar olaraq əldə etdiyi hər hansı fərdi məlumatların və Qonaqların və SEAYA-nın (SEAYA-nın işçiləri daxil olmaqla) digər məlumatlarının toplanması və işlənməsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunu və onların təhlükəsizliyini təmin etmək məsuliyyətini daşıyır. Əmlak Sahibinin müvafiq qanunvericiliyə riayət etməməsi nəticəsində Azərbaycan Respublikası qanunvericiliyinin fərdi məlumatların mühafizəsi sahəsindəki tələblərinin pozulması ilə bağlı SEAYA-nın məsuliyyətə cəlb edilməsi halında, Əmlak Sahibi SEAYA-ya belə bir zərərin tam məbləğini ödəməyi öhdəsinə götürür.

8. ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI:

8.1.Platforma ilə bağlı:

8.1.1. Əmlak Sahibi razılaşır və qəbul edir ki, SEAYA Platforma ilə əlaqəli bütün əqli mülkiyyət hüquqlarının (müəllif hüquqları, ticarət nişanları, patentlər daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq) müstəsna və məhdudiyyətsiz mülkiyyətçisidir. Bura SEAYA tərəfindən təqdim edilən bütün məzmun daxildir (məsələn, mətn, qrafika, loqotiplər, şəkillər, audio klip, video klip, nou-hau, ixtiralar, layihələr, proqram təminatı, mənbə kodları, fayllar, kitabxanalar, konfiqurasiya faylları, sənədlər və digər məlumat növləri).

8.1.2. Platformanın və 8.1.1-ci maddədə qeyd edilən məzmunun bütün yeniləmələri, təkmilləşdirmələri və dəyişiklikləri də müstəsna və məhdudiyyətsiz mülkiyyət hüququ əsasında SEAYA-ya məxsusdur.

8.1.3. Əmlak Sahibi, Platformanı və 8.1.1-ci maddədə qeyd edilən məzmunu çoxaltmayacaq, təkrarlamayacaq və yaymayacaq, ancaq SEAYA tərəfindən əvvəlcədən verilmiş yazılı razılıq əsasında Xidmətlər və Əlavə Xidmətlərdən faydalanmaq məqsədi ilə məhdud həddə istifadə edəcək.

8.2. Əmlakla əlaqəli məzmunla bağlı:

8.2.1. Əmlak Sahibi razılaşır və qəbul edir ki, SEAYA, Əmlak Sahibi tərəfindən Platformada yerləşdirilmiş və üzərinə SEAYA-nın fərqləndirici nişanı yerləşdirilmiş hər hansı bir məlumat və ya məzmunla (Əmlakın təsviri, fotoşəkillər, rəylər, şərhlər, reytinqlər daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq) (bundan sonra “Məzmun”) əlaqəli bütün əqli mülkiyyət hüquqlarının (müəllif hüquqları, ticarət nişanları, patentlər daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq) müstəsna və məhdudiyyətsiz mülkiyyətçisidir.

8.2.2. SEAYA, Məzmundan istifadə etmək, onun surətini çıxartmaq, onu göstərmək, dəyişdirmək, yaymaq, tərcümə etmək, redaktə etmək və Məzmuna əsaslanan törəmə işlər yaratmaq (fərdi və ümumi istifadə üçün açıq veb səhifələrdə, o cümlədən sosial şəbəkələrdə Məzmunun ötürülməsi və istifadəsi, habelə onun istənilən məqsədlə dərc edilməsi və/və ya satılması daxil olmaqla) hüququna malikdir.

8.2.3. Əmlak Sahibi qəbul edir, bəyan edir və təsdiqləyir ki, Məzmunu SEAYA-nın əvvəlcədən yazılı razılığı olmadan heç bir şəkildə istifadə etməyəcəyini, eləcə də fərdi və ümumi istifadə üçün açıq veb səhifələrdə, o cümlədən sosial şəbəkələrdə ötürməyəcək və istifadə etməyəcək, həmçinin dərc etməyəcək və/və ya satmayacaq.

8.3. SEAYA, Platformanın və Xidmətlər və Əlavə Xidmətlər göstərilməsi üçün istifadə edilən proqram təminatının istismarı nəticəsində üçüncü tərəflərin əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar iddialar və ziyanlar üçün məsuliyyət daşımır, əgər bu, SEAYA tərəfindən tövsiyə edilməyən və onunla yazılı şəkildə razılaşdırılmayan avadanlıq, cihazlar, proqram təminatı və sistemlərin (birlikdə və ya ayrı-ayrılıqda) istifadəsi ilə əlaqədardırsa və ya SEAYA tərəfindən həyata keçirilməyən modifikasiyalarla əlaqədardırsa. Bu kimi hallarda Əmlak Sahibi qanunvericiliyə uyğun olaraq müstəqil məsuliyyət daşıyır və hər hansı üçüncü tərəflərin əqli mülkiyyət hüquqlarının pozulması və digər iddialarından yaranan hər hansı iddia və məsuliyyətdən SEAYA-nı qorumağı öhdəsinə götürür. Bu maddədə göstərilən hallar nəticəsində SEAYA-ya dəyən ziyan üçün Əmlak Sahibi SEAYA-ya dəymiş ziyanı tam məbləğdə ödəməyi öhdəsinə götürür.

9. MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ XİTAMI:

9.1. Müqavilə preambulasında göstərilən imzalanma tarixindən qüvvəyə minir və 1 (bir) il qüvvədədir. Əgər bu Müqavilənin qüvvədə olma müddəti bitməzdən 30 (otuz) gün əvvəl Tərəflərdən heç biri bu Müqaviləni ləğv etmək və ya əhəmiyyətli dərəcədə fərqli şərtlərlə yenidən bağlamaq niyyətini bildirməsə, bu Müqavilə avtomatik olaraq 1 (bir) il müddətinə uzadılır. Müqavilənin qüvvədə olma müddətinin avtomatik olaraq uzadılmasının sayı məhdudlaşdırılmır.

9.2. Əmlak Sahibi, ödənilmiş Bronlaşdırmalarla ("Ödənilmiş Bronlaşdırmalar") bağlı bütün öhdəliklərin qüvvədə qalması və yerinə yetirilməli olması şərti ilə, Müqavilə imzalandıqdan sonra bu Müqavilə üzrə fəaliyyəti müvəqqəti dayandırmaq (“Dayandırma”) hüququnu özündə saxlayır. Əmlak Sahibi, Dayandırmanın başlama tarixindən ən azı beş (5) gün əvvəl SEAYA-nı Dayandırma niyyəti barədə yazılı formada məlumatlandırmalıdır.

9.3. Hər iki Tərəf qarşılıqlı yazılı razılığa gəlmədiyi təqdirdə, Dayandırma müddəti ardıcıl altı (6) ayı keçməməlidir. Dayandırma müddəti razılaşdırılmış müddətdən artıq olarsa, SEAYA 9.4-cü maddəyə uyğun olaraq bu Müqaviləyə xitam vermək hüququnu özündə saxlayır.

9.4. SEAYA Əmlak Sahibinin Dayandırması ilə əlaqədar gəlir itkisinə və ya dəymiş zərərə görə məsuliyyət daşımır.

9.5. Müqavilə, Tərəflərin qarşılıqlı razılığı və ya Tərəflərdən birinin digər Tərəfə 3 (üç) ay əvvəl yazılı xəbərdarlıq göndərməsi şərti ilə birtərəfli qaydada ləğv edilə bilər.

9.6. Əmlak Sahibi, aşağıdakı hallarda Müqaviləni SEAYA-ya 15 (on beş) təqvim günü əvvəlcədən yazılı xəbərdarlıq verməklə birtərəfli qaydada ləğv edə bilər:

9.6.1. SEAYA-nın qəsdi və ya kobud ehtiyatsızlığı nəticəsində Əmlak Sahibinə ziyan vurulması;

9.6.2. SEAYA-nın 6.3-cü maddədə göstərilən öhdəliyi ardıcıl olaraq ardıcıl 3 (üç) ay ərzində ardıcıl 3 (üç) dəfə yerinə yetirməməsi.

9.7. SEAYA, aşağıdakı hallarda Müqaviləni Əmlak Sahibinə 30 (otuz) təqvim günü əvvəlcədən yazılı xəbərdarlıq verməklə birtərəfli qaydada ləğv edə bilər:

9.7.1. Əmlak Sahibinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində SEAYA-ya ziyan vurulması (birbaşa və ya dolayısıyla);

9.7.2. Əmlak Sahibinin Müqavilə tələblərini pozması və SEAYA tərəfindən ünvanlanmış nöqsanların aradan qaldırılması ilə bağlı yazılı tələb alındıqdan sonra 10 (on) təqvim günü ərzində bu nöqsanların aradan qaldırılmaması;

9.7.3. Əmlak Sahibinin 3-cü maddədə qeyd olunan hər hansı bir öhdəliyi 3 (üç) dəfədən çox yerinə yetirməməsi;

9.7.4. Əmlak Sahibinin Platformada qeydiyyat qaydalarını və ya Elan yerləşdirmə qaydalarını pozması (yalan məlumatın göstərilməsi daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq);

9.7.5. Əmlak Sahibinin üçüncü tərəflər qarşısında (kommunal xidmətlər, mühəndis kommunikasiyaları və telekommunikasiya xidmətləri göstərən şəxslər daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq) öhdəliklərini yerinə yetirməməsi;

9.7.6. Əmlak Sahibinin Qonaqların hüquqlarını pozması (Azərbaycan Respublikasının qanunvericiliyi və İstifadə Qaydaları ilə müəyyən edilmiş hüquqlar daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq).

9.7.7. Müqavilənin 9.8-ci maddəsinə əsasən.

9.8. SEAYA, aşağıdakı hallarda Müqaviləni dərhal və birtərəfli qaydada ləğv edə bilər:

9.8.1. Əmlak Sahibinin və ya onun cəlb etdiyi şəxslərin hərəkət və ya hərəkətsizliyi nəticəsində Qonaqlara maddi ziyanın vurulması və ya onların həyat və sağlamlığına ziyanın vurulması halında;

9.8.2. Əmlak Sahibinin Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin və digər əmlakın leqallaşdırılmasına qarşı mübarizə və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı məsuliyyətə cəlb edilməsi halında;

9.8.3. Əmlak Sahibinə cinayət məsuliyyəti tətbiq edildikdə;

9.8.4. Əmlak Sahibinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyətinin olmaması və ya məhdud olması elan olunduğu halda;

9.8.5. Əmlak Sahibinin riskli vergi ödəyicisi kimi tanınması halında;

9.8.6. Əmlakın hər hansı bir şəkildə yüklü elan edilməsi halında;

9.8.7. Əmlak Sahibinin Əmlak üzərində mülkiyyət hüququnun itirilməsi və ya məhdudlaşdırılması halında.

9.9. Müqavilədə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla, Müqavilənin ləğvi Tərəfləri Müqaviləyə əsasən yerinə yetirilməmiş maliyyə öhdəliklərindən azad etmir.

9.10. Müqaviləyə Əmlak Sahibi tərəfindən xitam verilməsinə, xitam üçün əsaslardan asılı olmayaraq, aşağıdakı şərtlərə əməl olunmaqla icazə verilir:

9.10.1. Ödənilmiş Bronlaşdırmalardan irəli gələn yerinə yetirilməmiş öhdəliklərin olmaması;

9.10.2. Ödənilmiş Bronlaşdırmalardan irəli gələn yerinə yetirilməmiş öhdəliklər olduqda 10.12 və 10.13-cü maddələrdə nəzərdə tutulmuş məbləğlərin ödənilməsi.

10. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ:

10.1. Əgər Əmlak Sahibinin bu Müqaviləyə və ya Azərbaycan Respublikasının qanunvericiliyinə zidd hərəkəti və ya hərəkətsizliyi nəticəsində SEAYA-ya maddi ziyan vurularsa, Əmlak Sahibi bu ziyan üçün məsuliyyət daşıyacaq. SEAYA, öz mülahizəsinə əsasən, ziyanın bütün məbləğini Əmlak Sahibindən tələb edə bilər və ya Əmlak Sahibinin virtual pul hesabından məbləği akseptsiz silə bilər. Əgər belə silinmə tamamilə ziyanı ödəmirsə və ya texniki səbəblərə görə mümkün deyilsə, onda qalan ödənilməmiş hissənin dəyəri, tələb olunduğu andan başlayaraq dərhal, lakin 10 (on) təqvim günündən gec olmayaraq, Əmlak Sahibi tərəfindən SEAYA-ya ödənilməlidir.

10.2. Əmlak Sahibi, bu Müqavilə çərçivəsində SEAYA-ya yazılı və ya şifahi formada, internet və/və ya digər elektron əlaqə vasitələri vasitəsilə ötürdüyü məlumatın doğru, tam və aktual olduğunu bəyan edir və bəyanatın yanlış olması və/və ya yanlış məlumatln təqdim edilməsi nəticəsində yaranan bütün ziyan üçün məsuliyyət daşıyır (dövlət orqanları və məhkəmələr tərəfindən tətbiq edilən cərimələr və sanksiyalar və Qonaqların tələbləri və ya bu səbəbdən Qonaqların Bronlaşdırmanın ləğv edilməsi daxil olmaqla).

10.3. SEAYA, Əmlak Sahibi tərəfindən təqdim edilmiş məlumatların yanlış olması (Əmlak Sahibinin göstərdiyi əlaqə nömrələri və/və ya elektron poçt ünvanlarının yanlış olması) və ya texniki səbəblərə görə (nömrə xəttinin aktiv olmaması, telefon ayarlarının SMS qəbuluna icazə verməməsi, ötürücü şəbəkədə problemlər və s.) məlumat mesajlarının göndərilməməsi və ya göndərilmədə gecikmə kimi hallar nəticəsində yaranan birbaşa və ya dolayı ziyan üçün məsuliyyət daşımır. Bununla əlaqədar olaraq, Əmlak Sahibi əvvəlcədən razılaşır və bəyan edir ki, yuxarıda qeyd edilənlərlə bağlı olaraq SEAYA-ya qarşı hər hansı iddia və ya tələb irəli sürməyəcək və bunun üçün kompensasiya tələb etməyəcək.

10.4. Əmlak Sahibi, SEAYA tərəfindən təqdim edilən Xidmətlər və Əlavə Xidmətlər, SEAYA tərəfindən yerləşdirilmiş avadanlıq və digər əmtəələrin istifadəsi prosesində üçüncü tərəflərə və ya SEAYA-ya vurulan ziyan üçün fərdi məsuliyyət daşıyacağı ilə razılaşır, bunu bəyan edir və təsdiqləyir.

10.5. SEAYA, Qonaqların Əmlak daxilində etdikləri qanuna zidd hərəkətlər (hərəkət və ya hərəkətsizlik) üçün (qumar oyunlarının təşkili, opium yuvalarının açılması, əxlaqsız yerlərin fəaliyyəti, oğurluq, evdə səs-küy və s. daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq) məsuliyyət daşımır. SEAYA, həmçinin Qonaqların hərəkət və ya hərəkətsizliyi nəticəsində Əmlaka və ya Əmlak Sahibinə vurulan hər hansı ziyan üçün məsuliyyət daşımır. Bu kimi hallar baş verərsə, SEAYA, Əmlak Sahibinin müraciəti əsasında, Qonaqdan müvafiq ziyanın Əmlak Sahibinə ödənilməsi üçün səy göstərmək hüququna malikdir.

10.6. SEAYA, Qonağın SEAYA tərəfindən hər hansı bir kompensasiya tutulmadan Bronlaşdırmanı ödənişsiz ləğv etməsi halında məsuliyyət daşımır və Əmlak Sahibi bu cür ləğv halında SEAYA və ya Qonaqdan hər hansı bir kompensasiya tələb edə bilməz.

10.7. SEAYA, Bronlaşdırma və/və ya onun ləğvi haqqında bildirişlər vaxtında göndərilsə də, Əmlak Sahibi və ya Qonaq tərəfindən vaxtında oxunmaması və ya oxunmaması hallarında məsuliyyət daşımır.

10.8. SEAYA, Əmlak Sahibi və Qonaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş vergi və digər öhdəliklərin icrası üçün məsuliyyət daşımır (1 nömrəli Əlavədə müəyyən edildiyi təqdirdə, Əmlak Sahibinə Əmlakın yaşayışa təqdim edilməsi ilə əlaqədar tətbiq edilən gəlir vergisi (və ya ödəmə mənbəyindən tutulan vergi) istisna olmaqla).

10.9. Əmlak Sahibi, SEAYA-ya Əmlak Sahibinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq riskli vergi ödəyicisi kimi tanınması nəticəsində dəymiş hər hansı bir ziyanı ödəməyi öhdəsinə götürür.

10.10. Əmlak Sahibi və ya onun cəlb etdiyi şəxslər tərəfindən müvafiq qanunvericiliyə riayət edilməməsi nəticəsində SEAYA-nın istehlakçı hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi tələblərinin pozulması səbəbiylə məsuliyyətə cəlb edilməsi halında, Əmlak Sahibi SEAYA-ya belə zərərin tam məbləğini ödəməyi (hüquqi və mühasibat xərcləri daxil olmaqla) öhdəsinə götürür.

10.11. Əmlak Sahibi, Qonaq, Əmlak Sahibi və/və ya SEAYA-nın nümayəndələri olmayan digər şəxslərin hərəkəti və ya hərəkətsizliyi ilə əlaqədar olaraq hər hansı bir dövlət orqanı və təşkilatı (hüquq mühafizə orqanları daxil olmaqla, lakin onlarla məhdudlaşmayaraq) tərəfindən SEAYA-nın hər hansı bir prosedura cəlb edilməsi nəticəsində SEAYA-ya dəymiş hər hansı bir ziyanı ödəməyi öhdəsinə götürür.

10.12. Artıq Ödənilmiş Bronlaşdırmanın Əmlak Sahibi tərəfindən ləğv edilməsi halında, təbii fəlakətlər və ya Əmlakın zədələnməsi kimi Əmlak Sahibindən asılı olmayan səbəblərə görə ("Məqbul Səbəblər") Əmlakın əlçatan olmaması istisna olmaqla, Əmlak Sahibi SEAYA-ya bu cür ləğvin nəticəsində dəymiş bütün ziyanı (SEAYA-nın Qonaqlara ödədiyi kompensasiyalar və Qonaqların başqa Əmlakda yerləşdirilməsi ilə əlaqədar SEAYA-nın çəkdiyi xərclər daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq) ödəməyi öhdəsinə götürür

10.13. 10.12-ci maddədə müəyyən edilmiş kompensasiyadan başqa, Ödənilmiş Bronlaşdırmalar Məqbul Səbəblər istisna olmaqla digər əsaslarla ləğv edildikdə, Əmlak Sahibi SEAYA-ya aşağıdakı cərimələri də ödəməyi öhdəsinə götürür:

  • Bronlaşdırmanın başlanğıc tarixindən 60 və daha çox gün əvvəl ləğv edildikdə - Ümumi qiymətin 25% miqdarında cərimə;
  • Bronlaşdırmanın başlanğıc tarixindən 30-59 gün əvvəl ləğv edildikdə - Ümumi qiymətin 50% miqdarında cərimə;
  • Bronlaşdırmanın başlanğıc tarixindən 0-29 gün əvvəl ləğv edildikdə - Ümumi qiymətin 100% miqdarında cərimə.

10.14. Əmlak Sahibi, bu Müqavilədə qeyd olunan kompensasiya və cərimə məbləğlərinin, 10.12 və 10.13-cü maddələrdə göstərilən kompensasiya və cərimə məbləğləri daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, SEAYA tərəfindən Əmlak Sahibinin virtual pul hesabından akseptsiz qaydada tutulmasına razılıq verir. Virtual pul hesabında kompensasiya və cərimə məbləğini ödəmək üçün kifayət qədər vəsait olmadığı təqdirdə, Əmlak Sahibi, SEAYA-nın həmin məbləğləri gələcək ödənişlər hesabına tutmasına razılıq verir.

11. FORS-MAJOR:

11.1. Əgər Müqavilə tərəfləri Müqavilə şərtlərinə uyğun olaraq öhdəliklərini fors-major (qarşıdurulmaz qüvvə) halları nəticəsində yerinə yetirə bilməzsə, müvafiq məsuliyyətdən azad edilirlər və belə bir öhdəliyin icra müddəti fors-major hadisəsinin müddəti qədər uzadılır.

11.2. "Fors-major" termini bu Müqavilədə təbii fəlakətləri, epidemiyaları, pandemiyaları, partlayışları, yanğınları, zəlzələləri, qasırğaları, tsunamini, fırtınaları, müharibələri, vətəndaş müharibələrini, xarici dövlətlərin hərbi müdaxiləsini, inqilabları, vətəndaş qarışıqlıqlarını və s. əhatə edir. Bu kimi hallara həmçinin Azərbaycan Respublikasının hökuməti, bələdiyyəsi və digər müvafiq orqanlarının qanuni sərəncamları də daxildir bu şərtlə ki, bu sərəncamlar Müqavilə öhdəliklərinin icrasına birbaşa təsir göstərsin.

11.3. Bir Tərəf digər Tərəfi Müqavilə öhdəliyinin icrasına təsir göstərən fors-major halların başlanğıcı və sonu haqqında 10 (on) təqvim günü ərzində məlumatlandırmalıdır. Bu öhdəliyi yerinə yetirməyən Tərəf, öhdəliklərini yerinə yetirməməsinin əsası olaraq fors-major halına istinad etmək hüququnu itirir.

11.4. Əgər fors-major halları 1 (bir) aydan çox davam edərsə, hər hansı bir Tərəf Müqaviləni digər Tərəfə yazılı bildiriş göndərməklə birtərəfli qaydada ləğv edə bilər.

11.5. Fors-major halları Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən yazılı qaydada təsdiqlənməlidir.

12. KEÇİD MÜDDƏALARI:

12.1. Əmlak Sahibi Müqavilədən irəli gələn hüquqlarını və ya öhdəliklərini SEAYA-nın əvvəlcədən yazılı razılığını almadan üçüncü tərəfə ötürə bilməz. SEAYA istənilən zaman Müqavilədən irəli gələn hüquqlarını və ya öhdəliklərini Əmlak Sahibinə maddi ziyan vurmamaq şərti ilə sonuncunun razılığını almadan üçüncü tərəfə ötürə bilər.

12.2. SEAYA istənilən zaman İstifadə Qaydalarında, Məxfilik Siyasətində və Kuki Siyasətində dəyişikliklər edə və ya onları ləğv edə bilər. Bu sənədlər Platformada yerləşdirildiyi andan qüvvəyə minir. SEAYA bu sənədlərdə edilən dəyişiklikləri Platformada yeniləyir və Əmlak Sahiblərini dəyişikliklər və ya ləğv haqqında xəbərdar etmək öhdəliyi daşımır. Əmlak Sahibləri bu sənədlərin statusunu və dəyişiklikləri izləmək məsuliyyətini öz üzərlərinə götürürlər.

12.3. Müqavilənin tətbiqi və təfsiri Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həyata keçirilməli və yaranan mübahisələr, 1 (bir) ay ərzində danışıqlar yolu ilə mübahisənin həlli mümkün olmasa, Bakı şəhərinin müvafiq məhkəmələrində həll edilməlidir.

12.4. Bu Müqavilə Azərbaycan dilində hazırlanmışdır, və hər Tərəfə bir nüsxəsi verilməklə 2 (iki) eyni hüquqi qüvvəyə malik nüsxədə tərtib edilmişdir.

12.5. SEAYA zaman-zaman Müqavilə şərtlərində dəyişikliklər edə bilər. Dəyişikliklər barədə məlumat Əmlak Sahibinə elektron poçtla göndərilir. Dəyişikliklər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Əmlak Sahibinin dəyişiklikləri kağız daşıyıcıda imzalanmış sənədlə və ya elektron vasitələrlə təsdiqləməsindən və imzalanmış versiyanın SEAYA-ya təqdim edilməsindən sonra qüvvəyə minir. Dəyişikliklərlə razılaşmadığı təqdirdə, Əmlak Sahibi onları qəbul etməkdən imtina edərək, Müqavilənin yazılı formada ləğv edilməsini tələb edə bilər, və bu halda Müqavilə Ödənilmiş Bronlaşdırmalar üzrə öhdəliklərin yerinə yetirilməsi şərti ilə ləğv edilir. Bu halda, ləğv tələbi verilməzdən əvvəl Ödənilmiş Bronlaşdırmaya münasibətdə Əmlak Sahibi tərəfindən qəbul edilmiş Müqavilə şərtləri tətbiq edilir və Əmlak Sahibi yalnız Müqavilə şərtlərinin dəyişdirilməsi ilə əlaqədar Bronlaşdırmanı ləğv etmək hüququna malik deyil.

12.6. Bu Müqaviləyə uyğun olaraq digər Tərəfə yazılı formada təqdim olunması tələb olunan hər hansı bir məlumat elektron kommunikasiya vasitələri ilə (elektron poçt, SMS, WhatsApp, Telegram daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq) təqdim oluna bilər.

3. Tərəflərin rekvizitləri

13.1. “Əmlak Sahibi” 13.2. “SEAYA”

Əmlak Sahibinin A.S.A. {{OWNER_SURNAME}} {{OWNER_NAME}} {{OWNER_PATRONYMIC}}

Əmlak sahibinin Ş.v.№: {{OWNER_ID_NUMBER}}

Əmlak sahibinin FİN: {{OWNER_FIN}}

Nümayəndənin Ş.v.№ {{REP_ID_NUMBER}}

Nümayəndənin FİN {{REP_FIN}}

Əmlak sahibin E-poçt ünvanı: {{OWNER_EMAIL}}

Nümayəndənin E-poçt ünvanı: {{REP_EMAIL}}

Nümayəndənin bank məlumatları:

S.A.A.: {{REP_SURNAME}} {{REP_NAME}} {{REP_PATRONYMIC}}

Банк: {{REP_BANK}}

BankVÖEN: {{REP_TIN}}

Filial kodu: {{REP_BANK_CODE}}

SWIFT: {{REP_SWIFT}}

Valyuta: AZN

Hesab nömrəsi: {{REP_ACCOUNT_NUMBER}}

Nümayəndənin imzası:

{{OWNER_POA_NUMBER}} №-li {{OWNER_POA_SIGNATURE_DATE}} tarixli Etibarnamə əsasında

{{REP_SURNAME}} {{REP_NAME}} {{REP_PATRONYMIC}}

_____________________________________

“SEAYA” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1806211371

Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ŞTQ, Nardaran-Ləhiş yolu, ev 32A, 300 m sağ, AZ1097

Bank məlumatları:

Bank: ABB, Mərkəzi filial

BankVÖEN: 9900001881

SWIFT BİK: IBAZAZ2X

Valyuta: AZN

Hesab nömrəsi: AZ33IBAZ40050019443638414204

Direktor

İbrahimbəyov Fuad

_________________________________

«__»__________20__ il tarixli, {{CONTRACT_NUMBER}} nömrəli, aşağıdakılar arasında bağlanmış

Əməkdaşlıq Müqaviləsinə

{{CONTRACT_NUMBER}} il tarixli 1 nömrəli Əlavə

2) "SEAYA" Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Respublikasında 1806211371 VÖEN nömrəsi ilə qeydiyyatdan keçmiş, hüquqi ünvanı AZ1097, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran – Ləhiş yolu, ev nömrə 32A, 300 metr sağ ("SEAYA"),

2) {{OWNER_SURNAME}} {{OWNER_NAME}} {{OWNER_PATRONYMIC}} ("Əmlak Sahibi"), Şəxsiyyəti təsdiqləyən sənədin nömrəsi: {{OWNER_ID_NUMBER}} FİN {{OWNER_FIN}}

bundan sonra ayrı-ayrılıqda "Tərəf", birlikdə isə "Tərəflər" adlandırılacaqlar.

A. Nəzərə alaraq ki, Tərəflər «__»__________20__ tarixli, {{CONTRACT_NUMBER}} nömrəli Əməkdaşlıq Müqaviləsini ("Müqavilə") bağlamışdırlar;

B. Nəzərə alaraq ki, Əmlak Sahibi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vergi ödəyicisi olaraq qeydiyyata alınmamış fiziki şəxsdir;

1. Tərəflər Müqavilədən irəli gələn öhdəliklərinin icrası üçün Ümumi qiymətin aşağıda göstərilmiş qaydada bölüşdürülməsi barədə razılığa gəlmişdirlər:

Təyinat Ümumi qiymətin hissəsi (%)

Əmlak Sahibi

Yaşayış Haqqı 78%

Əmlak Sahibinə Əmlakın yaşayış üçün təqdim edilməsi ilə əlaqədar tətbiq olunan gəlir vergisi (ödəmə mənbəyindən tutulan vergi)

14%

Cəmi: 88,92%

SEAYA Komissiyası 11.08%

Cəmi: 11.08%

Əlavə xərclər, əgər varsa, çekin məbləğindən çıxılır və sonra hesablamalar cədvələ uyğun olaraq aparılır

Yaşayış Haqqı ƏDV və Əmlak Sahibinə Əmlakın yaşayış üçün təqdim edilməsi ilə əlaqədar tətbiq olunan gəlir vergisindən (ödəmə mənbəyindən tutulan vergi) azaddır.

2. Bu Əlavə imzalandığı gündən qüvvəyə minir və Müqavilənin qüvvədə olduğu müddət ərzində qüvvədə qalır.

3. Əlavəyə Tərəflərin qarşılıqlı yazılı razılaşması ilə dəyişiklik edilə bilər.

Nümayəndənin imzası:

{{OWNER_POA_NUMBER}} №-li {{OWNER_POA_SIGNATURE_DATE}} tarixli Etibarnamə əsasında

{{REP_SURNAME}} {{REP_NAME}} {{REP_PATRONYMIC}}

_____________________________________

SEAYA

Direktor

İbrahimbəyov Fuad

_______________________________